1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Avarçəkənlərimizin rəqibləri müəyyənləşdi
XXXI Yay Olimpiya Oyunları çərçivəsində akademik avarçəkənlər üçün püşkatma keçirilib. Sportnet.az-ın məlumatına görə, bu növdə Azərbaycanı təmsil edəcək Aleksandr Aleksandrov - Boris Yotov duetinin rəqibləri müəyyənləşib.
2 nəfərlik qoşa avarlı qayıqla (M2X) 2000 metr məsafəyə yürüşlərə qatılacaq duet avqustun 6-da Bakı vaxtı ilə saat 18:30-da start xəttinə çıxacaq. Onlar ikinci yürüş zolağında yer alacaqlar. Rəqiblər isə Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba), Robert Menson - Kristofer Harris (Yeni Zelandiya), Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) və Françesko Fossi - Romano Battisti (İtaliya) cütlükləri olacaq. Bu, seçmə mərhələdə ən çox avarçəkənin çıxış edəcəyi yürüş olacaq. Digər 2 yürüşün hər birinə isə 4 duet qatılacaq.
Reqlamentə əsasən, seçmə yürüşlərin yekununda ilk "3-lüy"ə düşənlər birbaşa yarımfinala yüksələcəklər. Qalan pillələrin sahibləri isə yarımfinala təşəlliverici yürüş vasitəsilə vəsiqə qazanmağa çalışacaqlar.
Qeyd edək ki, Aleksandr Aleksandrov - Boris Yotov dueti olimpiadada ilk dəfə eyni qayıqda çıxış edəcək. Amma Aleksandrov 2012-ci il London Yay Olimpiya Oyunlarında 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə finaladək yüksələrək, 5-ci yeri tutub. Yotov isə Yeniyetmələrin 2014-cü il Nankin Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub.
Rəqiblərə gəldikdə, Françesko Fossi - Romano Battisti (İtaliya) dueti 2013-cü ildən birgə çıxış edir. Həmin il onlar Avropa çempionu, III Dünya Kubokunun gümüş, dünya çempionatının bürünc mükafatçıları olublar. 2014-cü il dünya çempionatında gümüş, I Dünya Kubokunda bürünc medal qazanan duet ötən il II Dünya Kubokunda bürünc medalla kifayətlənib və dünya çempionatında 4-cü yerin sahibi kimi olimpiadaya yüksəlib. Robert Menson - Kristofer Harris (Yeni Zelandiya) dueti bürünc medal qazandıqları 2015-ci il dünya çempionatından etibarən birgə çıxış edir. Bu il isə onlar III Dünya Kubokunda qızıl, II Dünya Kubokunda gümüş medal əldə ediblər. Conatan Uolton - Con Kollinz (Böyük Britaniya) dueti ötənilki dünya çempionatının B finalında Aleksandrov - Yotov duetindən sonra finişə çataraq, 8-ci yerin sahibi kimi olimpiadaya yüksəlib. Builki reqatalarda isə onların ən yüksək nəticəsi III Dünya Kubokunda gümüş medal olub. Eduardo Rubio Rodriges - Adrian Oquendo (Kuba) duetinin ən yüksək nəticəsi bu il I Dünya Kubokunda 5-ci yer olub.