1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Maykl Felps 2168 illik rekordu qırdı
ABŞ üzgüçüsü Maykl Felps 22-ci Olimpiya çempionluğunu qazanıb. Sportnet.az-ın məlumatına görə, son olaraq 200 m məsafəyə kompleks üsulla üzməkdə "Rio-2016"nın qalibi olan 31 yaşlı idmançı hesabındakı medalların sayını 26-ya çatırıb. 22 qızıl, 2 gümüş və 2 bürüncü olan Felps fərdi yarışlarda 13-cü dəfə çempionluq yaşayıb.
O, bu göstərici ilə Antik Olimpiya Oyunlarının rekordunu arxada qoyub. Belə ki, qədim yunan atleti Leonid Rodosski eramızdan əvvəl 164-152-ci illərdə ardıcıl 4 Olimpiadada qaçış yarışlarında 12 dəfə qalib olub. Felps 13-cü fərdi nailiyyəti ilə 2168 ildən sonra rekordu yeniləyib.