1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elmar Qasımovdan yubiley medalı və yenə eyni çəkilərdə
"Rio-2016" Yay Olimpiya Oyunlarında Azərbaycanın aktivinə 2-ci medalı yazdıran cüdoçu Elmar Qasımov yubiley göstəriciyə imza atıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı idmançı müstəqil respublikamıza olimpiadalar tarixində 30-ci mükafatı qazandırıb. Bu, 100 kq çəkidə gümüş medal olub.
Azərbaycan müstəqillik qazandıqdan sonra 1992-ci ildən Olimpiadalarda təmsil olunur və hər birində medal qazanıb. Sadəcə, fərq ondadır ki, 1992-ci ildə Barselonada keçirilən turnirdə qızıl və bürünc medalçılar olan cüdoçu Nazim Hüseynovla gimnast Valeri Belenki buna MDB yığmasının heyətində nail olublar. Azərbaycan müstəqil ölkə kimi Yay Olimpiya Oyunlarına ilk dəfə "Atlanta-96"da qatılıb və güləşçi Namiq Abdullayevlə gümüş mükafat qazanıb.
Göründüyü kimi, olimpiadalarda ilk qızıl medalımız məhz cüdoda olub. Elnur Məmmədli 16 il sonra Nazim Hüseynovun uğurunu Pekində Olimpiya çempionu olmaqla təkrarlayıb. "Rio-2016"yadək cüdoda daha bir medal da məhz Çin paytaxtında qazanılıb. Maraqlıdır ki, buna gümüş medalçılarımız Rüstəm Orucovla Emar Qasımovun yığmada məşqçisi olan Movlud Mirəliyev nail olub. Özü də o, mükafatı 34 yaşında əldə etməklə diqqət çəkib. Üstəlik, Mirəliyev də Qasımov kimi 100 kq çəkidə çıxış edib. Azərbaycan olimpiadalarda belə ağır çəkidə yalnız bu 2 idmançı ilə mükafatçı olub. Onlarla yalnız 96 kq-da çıxış edən sərbəst güləşçi Xetaq Qazyumov müqayisə oluna bilər.
Ölkəmizin bunadək Olimpiadalarda gümüş medalları yalnız güləşlə bağlı idi. Bu, əvvəl qeyd etdiyimiz Namiq Abdullayevlə başlayıb. Rövşən Bayramov 2 dəfə - "Pekin-2008"də və "London-2012"də gümüş mükafatçı olub. Vitali Rəhimov Pekində, Mariya Standik isə Londonda gümüş mükafatçı olub. Yəni, Azərbaycan olimpiadalarda belə əyarlı 7-ci medalını Elmar Qasımovla qazanıb.
Cüdo yığmamız "Rio-2016"da çıxışını 2 gümüş medalla başa vurub. Ölkəmizin hələ ki mükafatları məhz bu idman növündəndir və ilkə imza atan Rüstəm Orucov 73 kq-da uğur qazanıb. Elə 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında da medallar eyni çəkidə əldə olunmuşdu. Sadəcə, fərq ondadır ki, hazırda Azərbaycan Cüdo Federasiyasında vitse-prezident postunu tutan Elnur Məmmədli 8 il öncə qızıl, indi yığmanın məşqçisi olan Mövlud Mirəliyev isə o vaxt bürünc medal əldə etmişdi.
Qeyd edək ki, Azərbaycan "Barselona-1992"də 2, "Atlanta-1996"da 1, "Sidney-2000"də 3, "Afina-2004"də 5, "Pekin-2008"də 7, "London-2012"də isə 10 medal qazanıb.
Mehman SÜLEYMANOV