1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Hələ ki yalnız Valeri Belenki...
Azərbaycanı "Rio-2016" Yay Olimpiya Oyunlarında təmsil edən kayakçı İnna Osipenko-Radomskaya tarixi nəticəyə imza atmaq şansını əldən verib. Sportnet.az-ın məlumatına görə, 34 yaşlı idmançımızın Azərbaycanın müstəqil ölkə kimi qatıldığı olimpidalarda bir yarışda iki medal qazanan ilk idmançımız ola bilərdi.
Ancaq 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə finişə 1 dəqiqə 56 saniyə 573 saniyəyə çatan Osipenko-Radomskaya mükafatçılar sırasına düşə bilməyib və mübarizəni 8-ci pillədə başa vurub.
Azərbaycanın təmsilçilərindən yalnız Valeri Belenki bir olimpiadada 2 medal qazanıb. İdman gimnasıtı 23 yaşında "Barselona-1992"də fərdi yarışda çoxnövçülükdə bürünc, komanda mübarizəsində qızıl medal qazanıb. Sadəcə, Belenki ilə həmin Yay Olimpiya Oyunlarında çempion cüdou Nazim Hüseynov (60 kq) MDB yığmasının heyətində çıxış ediblər.
Xatırladaq ki, Ukraynadan gələn legioner olan Osipenko-Radomskaya 200 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Bu, ölkəmizin olimpiadada kayaq idman növündə qazandığı oılk mükafat kimi tarixə düşüb.
Mehman Süleymanov