
Bu gün Topaz Premyer Liqasının ilk turundan təxirə salınmış "Bakı” – "Simurq” qarşılaşması baş tutacaq. Sportnet.az-ın məlumatına görə, ötən tur ilk qələbəsini qazanan paytaxtın eyniadlı komandası mövqeyini daha da yaxşılaşdırmaq üçün meydana qələbə əzmi ilə çıxacaq.
"Zolaqlılar” qələbə qazansa, xal ehtiyatını 7-ə çatdıracaq. İbrahim Uzuncanın yetirmələri qələbə qazanaraq ən yaxın rəqibi AZAL-la xal fərqini 1-ə endirməyi planlaşdırır.
"Simurq” qələbə qazanacağı təqdirdə fasiləyə 2-ci pillənin sahibi kimi yollana bilər. Zaqatala təmsilçisi "Bakı”ya qalib gələrsə, xal ehtiyatını 12-ə çatdıraraq birdən-birə 4 pillə irəliləyərək, turnir cədvəlində 2-ci olacaq.
Topaz Premyer Liqası
I turdan təxirə salınan oyun
2 oktyabr (cümə axşamı)
16:00. "Bakı” – "Simurq” - 1:0
Qol: Nurlan Novruzov, 35
"Bakı”: 1. Aqil Məmmədov, 19. Elton Hüseynov, 6. Vüqar Bəybalayev, 3. Yure Travner, 5. Georgios Palagios, 30. Cəmşid Məhərrəmov, 8. Lukas Mario Horvat (kap.), 7. Nuran Qurbanov, 10. Nurlan Novruzov, 11. Tural Qürbətov, 18. Əziz Quliyev
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 21. Elşad Manafov, 17. Elmin Əsgərli, 22. Risto Ristoviç, 45. Mahir Mədətov, 20. Valeh Seyidov, 15. Azad Kərimov
Baş məşqçi: İbrahim Uzunca
"Simurq”: 35. Amil Ağacanov, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 8. Patrik Osiako, 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 13. Əli Gökdemir, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç
Ehtiyat oyunçular: 1. Pavel Kapsa, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov, 9. Lukas Tresnak, 15. Stepan Polyak, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı
Baş məşqçi: George Çixradze
Hakimlər: Fariz Yusifov, Elşən Acalov, Cavanşir Yusifov, Ömər Paşayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev
"Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 16:00
"Bakı”nın təlim-məşq bazasının stadionu