
"Qarabağ" bizdən yaxşı oynadı. Çempion kimi meydana çıxıb, halal qələbəsini qazandı. Təbrik edirəm. İnşallah həm "Qarabağ", həm də "Neftçi" Azərbaycanı Avropada layiqincə təmsil edərlər". Spornet.az-ın məlumatına görə, bu sözləri "Neftçi"nin qapıçısı Aqil Məmmədov Kubokun finalında "Qarabağ"a 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.
26 yaşlı qapıçı sözlərinə belə davam edib: "Təbii ki, komandada dəyişikliklər olacaq. Avropa Liqasına yaxşı hazırlaşacağıq. Bəzi problem vardı. Bu gün oyunumuz alınmadı".