Azərbaycanı "Bakı 2015" I Avropa Oyunlarında sərbəst güləşdə təmsil edən Camaləddin Məhəmmədov da bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, 125 kq çəkidə çıxış edən Məhəmmədov 3-cü yer uğrunda görüşdə Slovakiya təmsilçisi Soslan Qaqloyevi məğlub edib - 6:2.
70 kq çəkidəki Ruslan Dibirhacıyevlə 61 kq çəkidə yer alan Hacı Əliyev də eyni uğura imza atıb. Dibirhacıyev bürünc medal qarşılaşmasında gürcüstanlı Davit Tlaşadzeni 6:2, Əliyev isə türkiyəli Munir Recep Aktaşı 3:1 hesabı ilə yenib.
Əvəzində 86 kq çəkidə yer alan Nurməhəmməd Hacıyev təsəlliverici görüşdə polşalı Radoslav Martsinkeviçə 1:3 hesabı ilə yenilərək, 5-ci yerlə kifayətlənib. Beləliklə, Azərbaycan yığması güləş yarışlarına 3 bürünc medalla yekun vurub.
70 kq çəkidəki Ruslan Dibirhacıyevlə 61 kq çəkidə yer alan Hacı Əliyev də eyni uğura imza atıb. Dibirhacıyev bürünc medal qarşılaşmasında gürcüstanlı Davit Tlaşadzeni 6:2, Əliyev isə türkiyəli Munir Recep Aktaşı 3:1 hesabı ilə yenib.
Əvəzində 86 kq çəkidə yer alan Nurməhəmməd Hacıyev təsəlliverici görüşdə polşalı Radoslav Martsinkeviçə 1:3 hesabı ilə yenilərək, 5-ci yerlə kifayətlənib. Beləliklə, Azərbaycan yığması güləş yarışlarına 3 bürünc medalla yekun vurub.
XXX
"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanı sərbəst güləşdə təmsil edən Hacı Əliyev türkiyəli Munir Recep Aktaşla qarşılaşıb. 61 kq çəki dərəcəsində gedən gərgin mübarizənin sonunda azərbaycanlı pəhləvan bürünc medal qazanıb. Görüş 10:2 hesabı ilə başa çatıb.
XXX
I Avropa Oyunlarında Azərbaycanı sərbəst güləş növündə təmsil edən Hacı Əliyev (61 kq) finala yüksələ bilməyib. Sportnet.az-ın məlumatına görə, o, yarımfinalda Aleksandr Boqomoyev (Rusiya) ilə görüşdə 2:5 hesabı ilə məğlub olub.
XXX
I Avropa Oyunlarında Azərbaycanı sərbəst güləş növündə təmsil edən Hacı Əliyev (61 kq) yarımfinala yüksəlib. Sportnet.az-ın məlumatına görə, 2014-cü ilin ən yaxşı idmançısı 1/4 finalda slovakiyalı Mikola Bolotnyuku 11:0 hesabı ilə məğlub edib.
Onun növbəti rəqibi rusiyalı Aleksandr Boqomoyev olacaq
XXX
Azərbaycanı "Bakı 2015"də təmsil edən sərbəst güləşçi Camaləddin Məhəmmədov 1/8 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, C.Məhəmmədovun rəqibi türkiyəli dünya və 3 qat Avropa çempionu Taha Akgül olub.
Görüş T.Akgülün qələbəsi ilə yekunlaşıb.
XXX
"Bakı 2015” Avropa Oyunları çərçivəsində Azərbaycanın 61 kq çəki dərəcəsində yarışan sərbəst güləşçisi Hacı Əliyev 1/8 final mərhələsində Valodya Franqulyan (Ermənistan) görüşüb. Sportnet.az-ın məlumatına görə, H.Əliyev erməni rəqibini 7:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə qazanıb
XXX
"Bakı 2015" I Avropa Oyunlarında 125 kq çəki dərəcəsində mübarizə aparan Cəmaləddin Məhəmmədov 1/8 finala yüksəlib. Sportnet.az-ın məlumatına görə, o, təsnifat yarışında Conas Rodavikiusa qalib gəlib - 10:0.
Azərbaycan pəhləvanının 1/8 finaldakı rəqibi türkiyəli Taha Akgül olacaq.
XXX
XXX
"Bakı 2015" I Avropa Oyunlarında bu gün güləş yarışlarına yekun vurulacaq. Sonuncu yarış günündə sərbəst güləş üzrə daha 4 çəki dərəcəsində medal dəstləri sahiblərini tapacaq.
Azərbaycan təmsilçilərindən 3-ü mübarizəyə 1/4 final mərhələsindən başlayacaq.
İlk olaraq döşək üzərinə 61 kq çəki dərəcəsində yarışan Hacı Əliyev çıxacaq. Avropa və dünya çempionunun ilk rəqibi Ermənistan təmsilçisi Valodya Franqulyan olacaq. Ötən gün H.Əliyevin qardaşı Yaşar Əliyev 1/4 finalda Ermənistanın digər güləşçisi Qarik Barseqyanı məğlub edib.
70 kq çəki dərəcəsində komandamızda yer alan Ruslan Dibirhacıyev ilk görüşünü polşalı Məhəmmədmurad Hacıyevə qarşı keçirəcək.
86 kq çəkidə güləşən Nurməhəmməd Hacıyev bolqarıstanlı Georgi Sredkovu məğlub etməyə çalışacaq.
Nəhayət, 125 kq çəki dərəcəsində ölkəmizi yarışlarda təmsil edən Cəmaləddin Məhəmmədov 1/8 finala vəsiqə qazanmaq üçün təsnifat mərhələsində Jonas Rudaviçyusu məğlub etməli olacaq.