"İndiyədək "Bakı”ya heç bir klubdan rəsmi təklif gəlməyib". Bunu Sportnet.az-a açıqlamasında klubun vitse-prezidenti Yaşar Seyidov deyib.
Seyidov "Bakı"nın gənc futbolçuları ilə gizli danışıq aparan klubları və qeyri-qanuni hərəkətlərə yol verən menecerləri hədələyib: "Çox xahiş edirəm ki, hər hansı klub futbolçumuzu öz heyətində görməkdə israrlıdırsa, bizə müraciət etsin. Futbolçumuzla üstüörtülü şəkildə danışıqlar aparmasınlar. Bəzi menecerlər qeyri-qanuni hərəkətlərə yol vermək istəyirlər. Şəxsən mən həmin klubların rəhbərlərinə zəng etmişəm. Onlara ciddi xəbərdarlıq etmişəm ki, "Bakı”nın razılığı olmadan hər hansı futbolçu ilə həmin klublar hər hansı danışıq apararlarsa, AFFA-ya şikayət edəcəyik. "Bakı” bütün futbolçuların statusu və transferinə hörmətlə yanaşır. Belə məsələlər qanun çərçivəsində həll olunmalıdır".

"Bakı" rəsmisi əlavə edib ki, söhbət "Bakı”nın akademiyasında yetişmiş futbolçulardan gedir. Həmin oyunçuları isə komandanın baş məşqçisi Milinko Pantiç əsas heyətdə görmək istəyir.