Bakı Olimpiya Stadionunda I Avropa Oyunlarının Bağlanış Mərasiminin bədii hissəsi başlanıb. Sportnet.az-ın mərasimi canlı izləyən əməkdaşının məlumatına görə, öncə tədbirin aparıcıları Hüsniyyə Məhərrəmova və Murad Dadaşov tamaşaçıları salamlayıb.
Ardından milli geyimli rəqqasların ifasında rəqslər, eləcə də digər rəqslər təqdim olunub.
Əməkdar artist Tünzalə Ağayeva ilk Avropa Oyunları üçün yazılan "Bakımın üzü gülür" mahnısını ifa edib.
Bağlanış mərasimində prezident İlham Əliyev, Azərbaycanın birinci xanımı, "Bakı 2015"in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva, Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikki iştirak edir.
Mərasim xorun ifasında Azərbaycan himninin ifası və atəşfəşanlıqla başlanır. Ardından xalq və muasir musiqi alətləri və rəqsləri qrupları çıxış ediblər.
"Brit mükafatı" nominasiyasına layiq görülmüş "Clean Bandit"in bass-partiya, daram-n-beys, elektronika və simli alətlərlə çalınan musiqi qarışığından yaratdığı sinqllər 2014-cü ildə dünya üzrə 11 milyon satış həcminə malik olub. Bu axşam onlar "Real Love", "Stronger" sinqllarını və 2015-ci ildə ən yaxşı rəqs musiqisi kimi "Gremmy" və iki "İvor Novello" mükafatlarına layiq görülmüş "Rather be" beynəlxalq hitini ifa edirlər.
Avropa Oyunlarında iştirak edən ölkələrin bayraqları ilə bayraqdarlar meydana daxil olublar. Ardından 50 ölkədən olan 6000-dən çox idmançının paradı başlayıb.
İdmançıların paradının ardından Azərbaycanın birinci xanımı və Bakı 2015 I Avropa Oyunlarının təşkilat komitəsinin sədri Mehriban Əliyeva ilə Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki çıxış ediblər.
Soul-pop musiqisinin şöhrət qazanmış adlarından biri Con Nyuman "Blame" (əsli Kelvim Harrislə ifa olunub) "Gold Dust" və Birləşmiş Krallığın ən çox dinlənilən "Love me again" sinqllarını ifa ediblər.
Ardından qum rəssamı əsərlər sərgiləyib və buna uyğun rəqqaslar xoreoqrafiya nümayiş etiriblər. Ardından siə göydən yanan simurq quşu enib. Azərbaycanın xalq mahnısı "Sarı gəlin" ifa səsləndirilib.
Qaret Emeri elektronika rəqs musiqisi prödüseri və diceydir. O, 2006-cı ildə "Dj Magazine" jurnalının illik "top 100" siyahısında 7-ci yeri tutub və onun ABŞ-da 2 albomu çox böyük tirajla yayılıb.
"Clean Bandit" qrupunun ifasının sədaları altında idmançılar, rəsmi şəxslər və könüllülər də səhnədədir.
Musiqili konsertdən sonra atəşfəşanlıqla I Avropa Oyunlarının Bağlanış Mərasimi sona çatıb.