İtaliyanın "Latsio" klubuna Azərbaycan şirkətinin sponsorluq edəcəyi haqda yayılan xəbərlər təsdiqləni tapıb. Sportnet.az-ın məlumatına görə, bu barədə ölkəmizin İtaliyadakı səfiri Vaqif Sadıqov İtaliyanın məşhur "Corierre dello Sport" nəşrinə açıqlamasında bildirib.
O, adını açıqlamadığı Azərbaycanın bir özəl şirkətinin Roma təmsilçisi ilə danışıqlar apardığını deyib: "Azərbaycan şirkətlərindən biri "Latsio" ilə danışıqlar aparır. Lakin sirkətin adı və şərtlər hələki açıqlanmır. Futbol Azərbaycanda önəmli idman növlərindən biridir. Biz də futbola böyük sevgi və həvəslə yanaşırıq".
V.Sadıqov danışıqların məğzini açıqlamayıb.
Qeyd edək ki, bu məsələ ilə bağlı xəbərlər üç ay gündəmə gəlmişdi.
1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |