Dəyərli oxucular! Sportnet.az-ın "Sorğu" rubrikasının bu dəfəki mövzusu "Qarabağ" klubu ilə bağlı olub.
Sualı belə ünvanlamışdıq: "Sizcə, "Qarabağ" Çempionlar Liqasında ötənilki uğuru təkrarlayacaqmi?"
Sorğuda 142 nəfər iştirak edib. Onlardan 40 %-i düşünür ki, "Qarabağ" Çempionlar Liqasında ötənilki uğuru təkrarlayacaq. 33 %-i isə bu suala cavab verməkdə çətinlik çəkib.
Soğrunun nəticəsini təqdim edirik:
A) Bəli - 56 (39.44%)
B) Xeyr - 23 (16.2%)
C) Cavab verməkdə çətinlik çəkirəm - 33 (23.24%)
D) Qrup mərhələsini də adlayacaq - 30 (21.13%)
Qeyd edək ki, sorğuda iştirak etmək üçün sayta daxil olmaq və səsverməyə qoşulmaq lazımdır. Çünki operativliyi qorumaq naminə hər birinizin səsverməsi qeydə alınacaq. Sorğu üçün ayrılmış vaxt başa çatandan sonra saytımızda yekun nəticəni açıqlayacağıq.