
"Komandada çox dəyişikliklər oldu". Sportnet.az-ın məlumatına görə, bunu bu gün keçirilən Avropa Liqasının I təsnifat mərhələsində "Mladost"la oyunöncəsi mətbuat konfransında "Neftçi"nin futbolçusu Rəhman Hacıyev deyib.
Təlim-məşq toplanışının qaydasında keçdiyini deyən gənc futbolçu "Bakcell Arena"ya qələbə üçün çıxacaqlarını bildirib. Onun komanda yoldaşı Elşən Abdullayev isə komandada təcrübəli futbolçuların az olduğunu söyləyib: Buna baxmayaraq komanda olaraq bir-birimizə inanırıq. Sabahkı oyunda "Neftçi"nin gücünü meydanda göstərəcəyik. İnanıram ki, Azərbaycan xalqını sevindirə biləcəyik".
Qeyd edək ki, "Neftçi" - "Mladost" matçı sabah 21:00-da start götürəcək.