1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Əflatun Amaşov: "Kənar meydançada bir topumuz var"
Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Tbilisidə keçirilən yerli "Dinamo" və "Qəbələ" komandaları arasındakı oyunu tribunadan izləyən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşılaşmadan sonra açıqlama verib. Sportnet.az-ın məlumatına görə, Amaşov "Report"a stadiona gəlişin səbəbini açıqlayıb.
O, bildirib ki, stadiona "Qəbələ" komandasına qələbə arzulamaq üçün gəlmişdi: "Burada istər-istəməz "Dinamo" Tbilisinin dərin ənənəyə sahib olan bir komanda olduğu hiss olundu. Arzu edirik ki, Azərbaycanda keçiriləcək cavab qarşılaşmada "Qəbələ" öz sözünü desin. Çünkü artıq kənar meydançada bir topumuz var".
Ə.Amaşov qeyd edib ki, beynəlxalq konfransda iştirak etmək üçün gəldiyi Tbilisidə Azərbaycanla bağlı məruzə ilə çıxış edib, daha sonra isə "Qəbələ" oyunçularını ruhlandırmaq üçün stadiona üz tutub.