"Mövsümün gedişatında "İnter"də hər şey normal idi və mən bu klubda qalmaq istəyirdim". Sportnet.az-ın məlumatına görə, bu sözləri Gürcüstan mətbuata açıqlamasında "İnter"in sabiq müdafiəçisi Aleksandr Amisulaşvili deyib.
Gürcü futbolçu "bankirlər"dən ayrılma səbəbinə aydınlıq gətirib: "İnter"də maddi problemlər yarandı. Uzun müddət belə davam edəcəyi gözlənilirdi. Qeyri-sabitlik hiss olunurdu. Bu səbəbdən, komandada qalmağa gərək yox idi".
Qeyd edək ki, Aleksandr Amisuaşvili Türkiyənin "Karşıyaka" klubuna keçib və 1+1 illik müqavilə imzalayıb.