
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Kseniya Kovalenko 4 ayadək oynamayacaq. Sportnet.az-ın məlumatına görə, Kovalenkonun Türkiyədəki "Acıbadem" xəstəxanasında əməliyyat olunmasından sonra bərpasına bu qədər vaxt lazım gələcək.
Bu isə o deməkdir ki, aparıcı voleybolçumuz 23 sentyabr - 12 oktyabrda İtaliyada keçiriləcək dünya çempionatını buraxa bilər. Əməliyyat Ortopediya və Travmatologiya mütəxəssisi Sarper Çətikaya tərəfindən Kovalenkonun sol ombasında aparılıb. Artıq voleybolçumuz sərbəst gəzə bilir.
Qeyd edək ki, Kseniya Kovalenko 1986-cı il noyabrın 21-də Belarusda doğulub. Milliləşdirilmiş voleybolçu 2004-cü ildən Azərbaycanı təmsil edir.