1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Aleksey Qay: "Təzyiq altında çıxış etdik"
"Rahat qələbə qazanmadıq. Meydanda bütün gücümüzü ortaya qoyduq". Bu sözləri Sportnet.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Aleksey Qay Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə cavab oyunundan sonra deyib.
Ukraynalı yarımmüdafiəçi mərhələ adlamaları münasibətilə komanda yoldaşlarını təbrik edib: "Bütün komanda yoldaşlarımı və rəhbərliyi təbrik edirəm. Çox şadam ki, lazımı nəticəni əldə edə bildik. Bu gün oyun elə alındı ki, hər tərəfdən təzyiq altında çıxış etdik. Belə vəziyyətdə oynamaq asan deyil. Sevindirici haldır ki, hər şeyi palnlaşdırdığımız kimi edə bildik. Azarkeşlərin bu qələbədə rolunu danmaq olmaz. Dəstək yaxşı olanda komanda hər zaman ruhlanır. Hər kəsi qələbə münasibəti ilə təbrik edirəm".
Qeyd edək ki, "Qəbələ" Gürcüstanda keçirilmiş oyunda 1:2 hesabı ilə məğlub olub, cavab oyununda isə 2:0 hesablı qələbə qazanaraq növbəti mərhələyə adlayıb.