"İnter" klubu Avroliqanın II təsnifat mərhələsində İslandiyanın "Hafnarfyördyur" klubu ilə keçirəcəyi oyun üçün UEFA-ya yeni sifariş ərizəsini təqdim edib. Sportnet.az-ın UEFA-nın rəsmi saytına istinadən məlumata görə, 3 futbolçu köhnə siyahıdan çıxarılıb, yerinə 6 futbolçu daxil edilib.
Heyətdən çıxarılanların hamısı legionerdir. Kosta-rikalı Dieqo Madriqal və paraqvaylı Sezar Meza Kollinin "İnter"də oynamayacağı dəqiqləşib. O cümlədən, makedoniyalı Slavço Georgiyevskinin zədəsinin sağalmaması və bu matçlarda komandaya kömək edə bilməməsi üzündən onun da adı UEFA-ya göndərilməyib.
Heyətə yeni salınanlar isə Novruz Məmmədov, İlkin Qırtımov, Elnur Abdullayev, Tural Qürbətov, xorvatiyalı Styepan Polyak və braziliyalı Dieqo Martinsdir.
Qapıçılar: 1. Georgi Lomaya, 25. Səlahət Ağayev, 96. Elşən Poladov;
Müdafiəçilər: 2. Sərtan Taşkın, 3. Xuanfran, 4. Laşa Kasradze, 5. Denis Silva, 14. Zurab Xizanişvili, 30. Abbas Hüseynov, 21. Novruz Məmmədov, 22. İlkin Qırtımov;
Yarımmüdafiəçilər: 7. Nika Kvekveskiri, 8. Nizami Hacıyev, 13. Mirsahib Abbasov, 18. Mansur Nəhavəndi, 19. Mirhüseyn Seyidov, 24. Fuad Bayramov, 39. Elnur Süleymanov, 10. Elnur Abdullayev;
Hücumçular: 11. Rauf Əliyev, 20. Yuri Fomenko, 45. İlkin Sadıqov, 99. Bilal Qəmbərov, 15. Styepan Polyak, 17. Tural Qürbətov, 23. Dieqo Martins.
Qeyd edək ki, "İnter" "Hafnarfyördyur"la görüşə iyulun 14-ü səhər saatlarında yola düşəcək. Matç isə iyulun 16-da baş tutacaq.