Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" ilə qarşılaşacaq Serbiyanın "Çukariçki” klubu 4 futbolçu transfer edib. Sportnet.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər verib.
Dünən keçirilən mətbuat konfransında qapıçı Nikola Petriç, yarımmüdafiəçi Saşa Yovanoviç, Branislav Yankoviç və müdafiəçi Marko Ranceloviç ictimaiyyətə təqdim edilib.
Klubun idman direktoru Vladimir Matiçeviç transferlərinin 90%-ini reallaşdırdıqlarını, lakin hələ də öz klublarından ayrılmaq ərəfəsində olan futbolçuları gözlədiklərini bildirib: "Petriçi yaxşı tanıyıram. Yovanoviç "Bezaniye"də əla mövsüm keçirib, Yankoviç 6 ay idi maraqlanırdıq və artıq bizimlədir, həmçinin Marko Ranceloviç".
Yeni transferlərdən Nikola Petriç qeyd edib ki, "Çukariçki" yeni mövsüm üçün və Avropa Liqasının seçmə oyunları üçün tam hazırdır, komandada atmosfer müsbətdir. Yovanoviç "Çukariçki"nin böyük klub hesab edir və burada olmaqdan məmnun olduğunu bildirib.
Bu transferlərdən ancaq Ranceloviç sifariş ərizəsinə salınıb və "Qəbələ"yə qarşı oynaya biləcək.
Qeyd edək ki, "Çukariçki" - "Qəbələ" matçı iyulun 16-sı Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.