Sabah UEFA Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunları keçiriləcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, tarixində ilk dəfə bu mərhələdə çıxış edən "Qəbələ” Serbiyanın "Çukariçki” klubu ilə qarşılaşacaq.
Təmsilçimizin ilk sınağı səfərdə olacaq. İyulun 16-da keçiriləcək qarşılaşma Serbiyanın paytaxtı Belqrad yaxınlığındakı Çukaritsa şəhərindəki "Çukariçki” stadionunda baş tutacaq. "Qəbələ" saat 12 radələrində çarter reysi isə Serbiyaya yola düşüb.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi
İlk oyun, 16 iyul
23:30. "Çukariçki” (Serbiya) – "Qəbələ” (Azərbaycan)
Baş hakim: Radu Petresku (Rumıniya)
Baş hakimin köməkçiləri: Ovidiu Artene, Vladimir Urzixa (hər ikisi Rumıniya)
Dördüncü hakim: Marsel Birsan (Rumıniya)
UEFA nümayəndəsi: Joze Gilyerme Aquiar (Portuqaliya)
Hakim-inspektor: Plarent Koterja (Albaniya)
Belqrad. "Çukariçki” stadionu