
Hazırda "Qəbələ" və Serbiyanın "Çukariçki" klubları arasında keçirilən Avropa Liqasının II təsnifat mərhələsinin cavab görüşünü AFFA-nın prezidenti Rövnəq Abdullayev də izləyir. Sportnet.az-ın məlumatına görə, Abdullayev oyuna "Qəbələ"nin prezidenti Tale Heydərovla birgə baxır.
Qeyd edək ki, hazırda Azərbaycan klubu 1:0 hesabı ilə öndədir.