
İki illik fasilədən sonra yenidən "Atletik"ə qayıdan Xavyer Erazo Bakı "İnter"i ilə Avropa Liqasının III təsnifat mərhələsindəki oyunları dəyərləndirib. Sportnet.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi 2013-cü ildə yenidən tikilən "San-Mames" stadionunda debüt edəcəyi oyunu səbirsizliklə gözlədiyini bildirib.
Hələlik bu arenanın ot örtüyünü görmədiyini deyən Erazo arenadakı ab-havanın ona təsir edəcəyini vurğulayıb: "Bu, çox maraqlı olacaq. Çünki həmişə "San-Mames"də oynamağı və "Atletik"lə yüksək hədəflərə çatmağı arzulamışam".
"Atletik" "İnter"lə ilk görüşü iyunun 30-da məhz bu arenada keçirəcək. Pleymeker Azərbaycan təmsilçisi ilə oyunda arxayınlaşmamalı olduqlarını bildirib: "Bu, əvvəlki mərhələləri keçən komandadır. Rəqibə yuxarıdan-aşağı baxsaq, bu, bizə baha başa gələ bilər. Komanda yoldaşım Qorka Elustondo da bizə xəbərdarlıq edib. Ötən mövsüm başımıza gələnlərdən dərs çıxarmalıyıq".
Qeyd edək ki, "Atletik" 2014-2014 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış etsə də, 3-cü yeri tutub. Avropa Liqasının 1/16 finalında isə Bilbao klubu İtaliya "Torino"suna uduzaraq (2:2, 2:3), mübarizəni dayandırıb.