1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Mariya Stadnikdən növbəti uğur
Azərbaycanın qadın güləşçiləri Polşanın paytaxtı Varşavada keçirilən "Poland Open” turnirinin ilk günündə 1 qızıl, 1 bürünc medal qazanıb. Sportnet.az-ın məlumatına görə, təmsilçilərimizdən 48 kq çəki dərəcəsində mübarizə aparan Mariya Stadnik bütün rəqibləri üzərində təmiz qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
60 kq çəkidəki İrina Netreba ilk görüşdə məğlub olsa da, rəqibin finala çıxması ilə təsəlliverici görüşlərə qatılma şansı əldə edib. Bu şansdan istifadə edən güləşçimiz bütün görüşləri qalib gələrək, bürünc medal qazanıb.
55 kq çəkidəki təmsilçimiz Nataliya Şinişin bürünc medal uğrundakı görüşdə məğlub olaraq yarışı 5-ci yerdə başa vurub.
Qeyd edək ki, bu gün daha 3 güləşçimiz - Anjela Doroqan (53 kq), Yuliya Ratkeviç (58 kq) və Nadya Muşka (69 kq) döşək üzərinə çıxacaq.