1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Neftçi"dən Mübariz Zeynalovla bağlı MÜRACİƏT
"Neftçi” klubu bir müddətdir Mərkəzi Neftçilər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilmiş Müşahidə Şurasının üzvü Mübariz Zeynalovla bağlı media nümayəndələrinə müraciət edib. Sportnet.az-ın məlumatına görə, müraciətdə klub media nümayəndələrini Zeynalovun xəstəxanaya yerləşmə səbəbləri ilə bağlı yayılan informasiyalara həssas və daha məsuliyyətli yanaşmağa çağırıb.
Qeyd olunur ki, xəbərləri xəstənin yaxınları da oxuyur. Bunları nəzərə alan "Neftçi" jurnalist etikasına riayət olunmasını xahiş edib: "Bu, təkcə klub və komandanın deyil, həm də xəbəri yayan mənbənin nüfuzuna zərbədir. Mübariz Zeynalova Allahdan şəfa diləyir, ona tezliklə sağalmağı arzulayırıq".
Qeyd edək ki, həkimlər Mübariz Zeynalovun vəziyyətini ağır stabil olaraq dəyərləndirirlər. Bəzi media orqanları onun "Neftçi" ilə Monteneqro "Mladost"u arasında Bakıda keçirilmiş Avropa Liqasının I təsnifat mərhələsinin ilk görüşündən sonra özünü pis hiss etdiyini və xəstəxanaya yerləşdirildiyini yazıb.