1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Seltik" Bakıya itki ilə gəldi
Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündə "Qarabağ"ın qonağı olacaq Şotlandiyanın "Seltik" klubu Qlazqodan Bakıya yola çıxıb. Sportnet.az-ın "zolaqlılar"ın rəsmi saytına istinadən məlumatına görə, "Seltik" səfər matçına itki ilə üz tutub.
Çarli Malqryu zədə üzündən təkrar qarşılaşmanı buraxmalı olacaq. Həkimlər sol cinah oyunçusu və cərimə zərbələrinin mahir ifaçısının şənbə gününədək hazır olacağını bildiriblər.
29 yaşlı müdafiəçidən fərqli olaraq, Li Qriffitsla Nir Bitton oyuna gəlib. Onlar da zədə üzündən Qlazqoda məşqlərə qatılmayıblar. Amma komanda rəhbərliyi hücumçu və yarımmüdafiəçinin sabahadək hazır olacaqlarını açıqlayıb.
Qeyd edək ki, avqustun 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Seltik" matçı saat 21:30-da başlanacaq. Bu komandaların ilk görüşündə Şotlandiya təmsilçisi qalib gəlib - 1:0.