
Toplantıda yeni mövsümdə "Neftçi”nin kapitanının kim olacağı müzakirə olunub. Müzakirələrdən sonra artıq 5-ci mövsümdür ki, "ağ-qaralar"ın heyətində çıxış edən braziliyalı Flavio Aleks Valensio komandanın kapitanı seçilib. Vitse-kapitanlar isə Mirhüseyn Seyidov və Elvin Yunuszadə olacaq.
Qeyd edək ki, "Neftçi"nin əvvəlki kapitanlarından Rəşad Sadiqov "Xəzər Lənkəran"a, Mahir Şükürov isə Türkiyə "Karşıyaka"sına keçib.