
R.Qriqorçuk komandanın psixoloji vəziyyətindən də söz açıb: "Qarabağ" və "İnter"in avrokuboklarda mübarizə dayandırması və yalnız "Qəbələ"nin yola davam etməsi haqda düşünmək istəmirəm. Biz bu gün "Qarabağ"a, sabah da "İnter"ə azarkeşlik etməliyik. İstərdik hər 3 komanda mərhələ keçsin və Azərbaycan futbolunun imici qalxsın. Tezliklə ölkə çempionatı başlayacaq".
"Cavid Hüseynovun oynamağını istərdim. Öncə isə Kipr azarkeşlərinin vəhşiliyindən danışmaq istərdim. Penati təyin olunduqdan sonra şüşə butulkalar, alışqanlar, qəpiklər atırdılar. Təsəvvür edin, bunlardan hansısa bir futbolçuya dəydi və öldü. O zaman bis Hüseynovdan danışmayacaqdıq. XXI əsrdə belə şeylər təsəvvür edə bilmirəm. Buna görə də UEFA ilk olaraq "Apollon"a cəza verməlidir. Azarkeşlər meydana yad əşyalar atanda hakim oyunu saxlamalı və texniki məğlubiyyət verməli idi. Bu səbəbdən mən öz azarkeşlərimizi insanlığa çağırıram və öz mədəniyyətimizi göstərməyə dəvət edirəm. Bundan başqa bayrağımızı yandırırdılar. Bunu necə başa düşmək olar?"- deyə R.Qriqorçuk bildirib.