1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
UEFA "Apollon"u məyus etdi
UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 30-da keçirilmiş "Apollon” (Kipr) – "Qəbələ” matçı ilə bağlı qərar verib. Sportnet.az-ın məlumatına görə, qitə futbol qurumu Larnaka şəhərindəki "Antonis Papadopulos” stadionunda baş tutan görüşdə yaşananları müzakirə edərək, müvafiq addımı atıb.
Matçdakı bərabərlik qolunu vurarkən sevincini nümayiş etdirən Cavid Hüseynovun jestindən narazı qalan "Apollon”un şikayətini, həmçinin "Qəbələ”nin kapitanı ilə bağlı göndərdiyi müdafiə məktubunu dəyərləndirən UEFA kiprlilərin iddiaların əsassız hesab edib. Qurum baş verənlərin bütün təfərrüatlarını nəzərdən keçirdikdən sonra Hüseynovun cəzalandırılmamasına qərar verib.
Qeyd edək ki, "Qəbələ” və "Apollon” arasındakı ilk matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. Cavab oyunu bu gün "Bakcell Arena"da keçiriləcək.