2015/2016-cı illər mövsümü də Topaz Premyer Liqası adlandırılacaq. Sportnet.az-ın məlumatına görə, Topaz və Peşəkar Futbol Liqası rəhbərliyi arasında aparılan danışıqlar müsbət nəticələnib.
Tərəflər arasında ötən mövsümün sonunda bitən müqavilənin müddəti daha 1 il artırılıb.
Qeyd edək ki, Topaz 3 mövsümdür ki, Premyer Liqanın sponsorudur.