Artıq UEFA komandaları qruplara bölüb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ" 2-ci, "Qəbələ" 4-cü qrupa düşüb.
"Qarabağ"ın potensial rəqibləri:
1. "Ayaks" (Hollandiya)
2. PAOK (Yunanıstan)
3. Yanq Boyz (İsveçrə)
4. "Standard" (Lyej, Belçika)
5. "Sent-Etyen" (Fransa)
"Qəbələ"nin potensial rəqibləri:
1. "Borussiya" (Dortmund, Almaniya)
2. AZ (Alkmaar, Hollandiya)
3. "Sparta" (Praqa, Çexiya)
4. "Panatinaikos" (Yunanıstan)
5 "Sautgempton" (İngiltərə)
6. "Krasnodar" (Rusiya)
______________________________________________________________________
Bu gün futbol üzrə Avropa Liqasında "pley-off" mərhələsinin püşkü atılacaq. Sportnet.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 16:00-da başlanacaq mərasimdə Azərbaycan təmsilçiləri "Qarabağ"la "Qəbələ"nin də rəqibləri müəyyənləşəcək.
Hər iki klub səpələnməmişlər sırasında yer alacaq ki, bu da onların daha yüksək reytinqli komandalara rəqib olacağı anlamına gəlir. "Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizəni dayandırmış 15 klubdan, "Qəbələ" isə Avropa Liqasının III təsnifat mərhələsini uğurla dəf etmiş 29 komandadan biridir.
Hələlik 44 klub səpələnmişlər və səpələnməmişlərdən ibarət 2 səbətə bərabər bölünüb. Amma gün ərzində UEFA növbəti bölgü apararaq, yarımqrupların sayını çoxaldacaq və potensial rəqib sayını azaldacaq.
SƏPƏLƏNMİŞLƏR
"Borussiya" (Dortmund, Almaniya) - 99.883
"Ayaks" (Hollandiya) - 66.195
"Rubin" (Kazan, Rusiya) - 57.099
"Atletik" (Bilbao, İspaniya) - 56.999
AZ (Alkmaar, Hollandiya) - 46.695
"Zalsburq" (Avstriya) - 43.135
"Viktoriya" (Plzen, Çexiya) - 41.825
PAOK (Yunanıstan) - 40.880
"Styaua" (Buxarest, Rumıniya) - 40.259
"Yanq Boyz" (İsveçrə) - 31.375
"Sparta" (Praqa, Çexiya) - 30.825
"Fənərbağça" (Türkiyə) - 30.020
"Standard" (Lyej, Belçika) - 25.440
"Legiya" (Varşava, Polşa) - 24.800
"Bordo" (Fransa) - 24.483
"Panatinaikos" (Yunanıstan) - 19.880
"Lex" (Poznan, Polşa) - 17.300
"Sent-Etyen" (Fransa) - 16.983
"Sautgempton" (İngiltərə) - 16.078
"Slovan" (Liberets, Çexiya) - 16.325
"Krasnodar" (Rusiya) - 15.099
"Oş Belenenseş" (Portuqaliya) - 12.276
SƏPƏLƏNMƏMİŞLƏR:
"Rusenbor" (Norveç) - 11.875
"Qarabağ" (AZƏRBAYCAN) - 11.500
"Hayduk" (Split, Xorvatiya) - 11.200
HİK (Helsinki, Finlandiya) - 11.140
"Atromitos" (Yunanıstan) - 10.880
"Zarya" (Luqansk, Ukrayna) - 10.533
"Molde" (Norveç) - 10.375
"Tün" (İsveçrə) - 10.375
"Astra" (Rumıniya) - 9.759
"Yablonets" (Çexiya) - 9.325
"Dinamo" (Minsk, Belarus) - 9.135
"Jilina" (Slovakiya) - 8.750
"Midtyulland" (Danimarka) - 7.960
"Videoton" (Macarıstan) - 7.950
"Bröndbü" (Danimarka) - 7.460
"Voyvodina" (Serbiya) - 6.275
"Altax" (Avstriya) - 5.135
"Rabotniçki" (Makedoniya) - 4.675
"Milsami" (Orxey, Moldova) - 3.750
"Odd" (Norveç) - 2.875
"Qəbələ" (AZƏRBAYCAN) - 2.750
"Kayrat" (Almatı, Qazaxıstan) - 2.575
Qeyd edək ki, "pley-off" oyunları avqustun 20-də və 27-də keçiriləcək.