"İnter" pis və ya zəif rəqib deyil. Lakin çatışmayan cəhətləri çoxdur ki, onların da üzərində işləməlidirlər. Biz fiziki baxımdan daha üstün görünürdük". Sportnet.az-ın məlumatına görə, bunu Avropa Liqasının III təsnifat mərhələsində Bakıda "İnter"lə cavab oyunundan sonra İspaniyanın "Atletik" (Bilbao) komandasının futbolçusu Emerik Laporte bildirib.
O deyib: "Məqsədimiz mərhələ keçmək idi, bunun üçün əlimizdən gələni etdik və bacardıq. Biz ev oyununda 2:0 hesablı qələbə qazanmış və bura üstün hesabla gəlmişdik. "İnter"in ilk dəqiqələrdən irəli atılacağını gözləyirdik, lakin fərqli oyun gördük. Onlar bütün komanda ilə müdafiəyə oturmuşdular. Bu səbəbdən, müdafiəni yarmaq çətin oldu".
O, həmçinin Azərbaycan haqqında heç nə bilmədiklərini və bu barədə yenicə məlumat əldə etdiklərini dilə gətirib:
"Sözün düzü, oyuna qədər nə "İnter", nə də Azərbaycan haqqında məlumatımız var idi. Lakin rəqib məlum olandan sonra, az da olsa, harada yerləşməsi və necə ölkə olması ilə maraqlandıq. Buradan xoş təəssüratlarla ayrılırıq".
Qeyd edək ki, "İnter"lə Bilbaodakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan "Atletik" Bakıda 0:0 hesablı he-heçəyə nail olaraq, Avropa Liqasında "pley-off"a yüksəlib.