1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qarabağ"a 2 qol vuran futbolçu rəsmən "Fiorentina"da
Ukrayna "Dnepr"inin futbolçusu Nikola Kaliniç İtaliyanın "Fiorentina" klubuna keçib. Sportnet.az-ın Florensiya təmsilçisinin saytına istinadən məlumatına görə, xorvatiyalı hücumçu ilə 4 illik müqavilə bağlanılıb.
27 yaşlı forvarddan ötrü "Dnepr"ə 5 milyon avro ödənilib. Bu, Dnepropetrovsk klubu tarixində ən böyük transferlərdən biri olub.
Qeyd edək ki, Nikola Kaliniç "Dnepr"ə 2011-ci ildə İngiltərə "Blekbern"indən 3 milyon avroya keçib. O, uzun müddət ümidləri doğrultmasa da, ötən mövsüm oyununda sıçrayış edib. Kaliniç bütün turnirlərdə 19 qol vurub ki, bunlardan 5-i Avropa Liqasına təsadüf edib. Qolların 2-si məhz qrup mərhələsində "Dnepr"in "Qarabağ"ı Bakıda 2:1 hesabı ilə yendiyi qarşılaşmaya təsadüf edib.