"Hər bir gəncimiz ordumuzda xidmət etməlidir. Amma bütün dünyada
olduğu kimi, istedadlı futbolçulara Azərbaycanda da güzəştlər olmalıdır”. Bunu Sportnet.az-a
açıqlamasında Qarabağ müharibəsi veteranı və sabiq futbolçu Novruz Əzimov
deyib.
O, həmçinin bildirib ki, hamı qanuna riayət edib, Vətən qarşısında
xidmət borcunu ödəməlidir: "Heç kim hərbi xidmətdən yayınmamalıdır. Azərbaycan
vətəndaşları Azərbaycan qanunlarına riayət etməlidir”.
Əzimov futbolçularımızın hərbi xidmətə gedib bir ay sonra geri qayıtmasına
da münasibət bildirib: "Məsələn, Türkiyədə belə güzəşt olur ki, 1 ay xidmət
edir, sonra üzərindən bir müddət keçir və yenidən xidmətini davam etdirir. Əgər
o, lazımlı futbolçudursa, bu cür xidmət növünün tərəfdarıyam. Millimizin
oyunçusudursa, bəli olar, doğrudur”.
Məşqçi MOİK klubuna ehtiyac olduğunu da vurğulayıb: "Bəli, MOİK
mütləq olmalıdır. İstedadlı gənclər əsgərlik müddətində həmin klubda çıxış etməsi
üçün bu, çox vacibdir”.
Qeyd edək ki, bu gün Azərbaycan Silahlı Qüvvələri günüdür.