1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Qriqorçuk "Panatinaikos"u keçməyin yolunu göstərdi
"Sevinirəm ki, 3 xal qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Azərbaycan Premyer Liqasının II turunda AZAL-ı səfərdə 2:0 hesabı ilə yendikləri oyundan sonra deyib.
Ukraynalı mütəxəssis Avropa Liqasında Yunanıstan "Panatinaikos"u ilə keçirəcəkləri qarşıdakı "pley-off" matçları ilə əlaqədar müəyyən dəyişikliklərə əl atdıqlarını bildirib: "Bu, hazırkı rəqibə görə deyildi. Ümumiyyətlə, mən rəqibin zəif olduğunu düşünmürəm. Bildiyiniz kimi, Avropa Liqasında mübarizəni davam etdiririk. Avropada meydançaya az çıxanlara şans vermişdik. Eyni zamanda, reqlamentə görə bəzi dəyişikliklər etmişdik. Sevinirəm ki, dəyişikliklərin fonunda xal itirmədik”.
Qriqorçuk meydana çıxanlardan daha çox şey gözlədiyini etiraf etsə də, istənilən oyunun ortaya qoyulmamasını obyektiv amillərlə əlaqələndirib. Onun sözlərinə görə, heyətə yenicə düşüb 20 oyunda çıxış edirmiş kimi təsir bağışlamaq mümkün deyil: "Oyun göstərdi ki, bizə çox işləmək lazımdır. 3 xal qazansaq da, oyunumuzu analiz etməli və "Panatinaikos"la vacib matçlara köklənməliyik".
50 yaşlı mütəxəssis "CBC Sport"a açıqlamasında əsas heyətdə yer verdiyi Elvin Camalovun çıxışını da dəyərləndirib: "Camalov ötən mövsüm uzun müddət əsas heyətdə çıxış etdi. Amma sonradan özünə bənzəmədi. Açığı, bundan narahat idim. Çünki gənc yaş dövründə oyunçular özlərini itirə bilərlər. Yaxşı ki, hamımızın birgə səyi ilə Elvin düzgün nəticələr çıxardı. AZAL-la oyunda isə o, ən yaxşılardan idi. Buna çox şadam və Camalovun "Panatinaikos"la qarşılaşmada əsas heyətdə meydana çıxacağını istisna etmirəm".
Sonda baş məşqçi "Panatinaikos" barədə fikirlərini bölüşüb: "Yunanıstan komandasının Çempionlar Liqasında "Brügge"yə qarşı və yoldaşlıq görüşlərini izləmişəm. Başa düşürəm ki, çox ciddi rəqibdir. Oynayan futbolçulardan komplektləşib. Onlar qeyri-standart oynamağı, topla rəftar etməyi bacarırlar, çox yüksək sürətlidirlər. Peşəkarlıqlarına söz ola bilməz. Amma bir şansımız olsa belə, bundan ötrü hər şeyimizi verəcəyik. "Qəbələ" "Panatinaikos"u keçmək üçün indiyədək göstərmədiyi oyunu sərgiləməlidir".
Qeyd edək ki, "pley-off" mərhələsindəki oyunlar avqustun 20-də Bakıda, bundan bir həftə sonra Afinada keçiriləcək.