
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha 2 görüşü keçiriləcək. Sportnet.az-ın məlumatına görə, ötən gün Bakıda baş tutmuş qarşılaşmaların ardından nəzərlər ölkənin ikinci və üçüncü böyük şəhərlərinə yönələcək.
Gəncədə "Kəpəz" "Zirə"ni, Sumqayıtda isə eyniadlı komanda "Xəzər Lənkəran"ı qəbul edəcək. Bu komandaların heç biri ilk turda uduzmayıb. "Zirə" və "Xəzər Lənkəran" qələbə qazanmağı bacaran iki komanda olubsa, hazırkı meydan sahibləri sahibləri açılış oyunlarında səfərdən xalla dönməyi bacarıblar. Lənkəran və paytaxt komandaları yenidən qələbə qazansalar, şərikli liderliklərini davam etdirəcəklər. Heç-heçə təqdirində isə turnir cədvəlində 4 xala malik "Qəbələ" və "Qarabağ"ın da qatılımı ilə dördhakimiyyətlilik yaranacaq.
Azarkeşlərin marağı daha çox Gəncəyə yönələcək. Ötən mövsümü I divizionda keçirmiş "Kəpəz" və "Zirə" ilk dəfə Premyer Liqada üz-üzə gələcəklər. Üstəlik, bu oyun 2 illik aradan sonra elitaya qayıdan Gəncə təmsilçisinin doğma arenada bu mövsüm ilk matçı kimi də əhəmiyyətlidir.
16 avqust (bazar)
"Kəpəz” – "Zirə” - 1:1
Qol: Şəhriyar Rəhimov, 73 - İqor İvanoviç, 90+2
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Coşqun Həsənov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Füzuli Nəcəfov
Gəncə şəhər stadionu, 18:30
Bu komandalar indiyədək Premyer Liqada qarşılaşmayıblar
"Sumqayıt” – "Xəzər Lənkəran” - 1:1
Qol: Bəxtiyar Həsənalızadə, 10 - Elşən Rzazadə, 37
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Kamran Bayramov, Etibar Həsənov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əli Hüseynov
"Kapital Bank Arena”, 21:00
Əvvəlki oyunların balansı – 14 oyun, +3=4-7, top fərqi 16-23
7 matçdır bu komandaların oyunlarında heç-heçə qeydə alınmır. "Sumqayıt” son 5 görüşdə meydanı qolsuz tərk etməyib.
15 avqust (şənbə)
"Rəvan” – "Qarabağ” - 1:2
Qollar: Tural Qürbətov, 88 - Yamin Ağakərimzadə, 67-öz qapısına. Qara Qarayev, 83
AZAL – "Qəbələ” - 0:2
Qollar: Aleksey Qay, 45+1-penalti ilə. Aleksey Antonov, 76
17 avqust (bazar ertəsi)
"İnter” – "Neftçi”
Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Ömər Paşayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Xaqani Məmmədov
"İnter Arena”, 21:00