Gəncə şəhər stadionunda "Kəpəz"lə "Zirə" arasında keçirilən oyun zamanı xoşagəlməz olay yaşanıb. Sportnet.az-ın oyunu canlı izləyən əməkdaşının verdiyi məlumatına görə, 36-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Azad Kərimov top uğrunda mübarizə zamanı yerə yıxılıb.
Bu zaman qonaq komandanın legioneri Meulens Rihayronun ayaq zərbəsi onun başına tuş gəlib. Nəticədə Kərimovun başından qan açılıb. Tibbi müdaxilədən sonra azərbaycanlı müdafiəçi oyuna başı sarıqlı halda davam edib.
Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb.
1 | Qarabağ | 20 | 50 |
2 | Araz-Naxçıvan | 20 | 42 |
3 | Zirə | 20 | 36 |
4 | Turan Tovuz | 20 | 35 |
5 | Sabah | 20 | 28 |
6 | Sumqayıt | 20 | 21 |
7 | Neftçi | 20 | 18 |
8 | Şamaxı | 20 | 17 |
9 | Səbail | 20 | 15 |
10 | Kəpəz | 20 | 14 |
Ətraflı |