
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında III turun daha 3 oyunu keçirilir. Sportnet.az-ın məlumatına görə, günün ilk qarşılaşmasında "Neftçi" ilə "Sumqayıt" qarşılaşıb.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1. Bu, "Neftçi"nin ilk qələbəsi, "Sumqayıt"ın isə ilk məğlubiyyəti olub.
Avropa Liqasındakı təmsilçilərimiz "Qarabağ" və "Qəbələ" də növbəti qarşılaşmalarını bu gün keçirib. "Qarabağ" səfərdə AZAL-ı, "Qəbələ" evdə "Kəpəz"i məğlub edib.
Azərbaycan Premyer Liqası, III tur
23 avqust (bazar)
"Neftçi” – "Sumqayıt” - 2:1
Qollar: Araz Abdullayev, 51. Rəhman Hacıyev, 53 - Nuran Qurbanov, 78
Hakimlər: Ramil Diniyev, Elman Musayev, Vüsal Qənbərov, Yaşar Abbasov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 18:30
"Qəbələ” – "Kəpəz” - 1:0
Qol: Ermin Zets, 6
Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Ramil Əhmədov
Qəbələ şəhər stadionu, 21:00
AZAL – "Qarabağ” - 0:2
Qollar: Mahir Mədətov, 44. Dani, 65
Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Cavanşir Yusifov, Etibar Həsənov
"Dalğa Arena”, 21:00
24 avqust (bazar ertəsi)
"Zirə” – "İnter”
Hakimlər: Fariz Yusifov, Zeynal Zeynalov, Nahid Əliyev, Xəlil Xəlilov
Zirə qəsəbə Olimpiya İdman Kompleksinin stadionu, 21:00