Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki 4 futbolçunu təlim-məşq toplanışından kənarlaşdırıb. Bunlar Rəhman Hacıyev, Nurlan Novruzov, Seymur Əsədov və Ürfan Abbasovdur. Xəbəri Sportnet.az-a açıqlamasında Novruzovun özü də təsdiqləyib.
"Zirə"nin hücumçusu bildirib ki, məşqlərdə 4 günədək sınaqdan çıxarıldıqdan sonra xorvatiyalı mütəxəssis bu gün onlarla söhbət edib. Gənc hücumçunun sözlərinə görə, Prosineçki heyəti 24 nəfərədək endirməli olduğunu deyib: "Baş məşqçi həvəsdən düşməməyimizi istədi. Dedi ki, yığmada 24 oyunçu qalmalıdır".

Novruzov Prosineçkinin qərarına hörmətlə yanaşdıqlarını və gələcək toplanışlara dəvət almaq üçün klubunda məşqlərini həvəslə davam etdirəcəyini vurğulayıb.
Qeyd edək ki, Robert Prosineçki daha öncə "Qarabağ"dan çağırdığı Elvin Məmmədovu atasının vəfatı ilə əlaqədar komandadan azad edib. Xorvatiya ilə oyun sentyabrın 3-də Bakıdakı "Bakcell Arena"da olacaq. Bundan 3 gün sonra isə Azərbaycan millisi Maltanın qonağı olacaq.