"Qəbələ" klubunun Ukraynanın "Dinamo" (Kiyev) komandası ilə yoxlama oyunu baş tutmayıb. Sportnet.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Sergey Rebrov açıqlama verib.
41 yaşlı mütəxəssis bildirib ki, israrlı təklif "qırmızı-qaralar"dan gəlib. Amma həmin vaxt "Dinamo"nun futbolçuları milli komandaların düşərgəsində olduqlarından, görüş baş tutmayıb: "Biz bilmirdik ki, sərəncamımızda neçə oyunçu qalacaq. Çox ciddi rəqib önünə 6 futbolçu ilə çıxmaq məqsədəuyğun olmazdı".
Rebrov "Qəbələ" əvəzinə yerli "Desna" ilə üz-üzə gəldiklərini söyləyib. Bu, "Dinamo"da düşünüldüyündən də çox ifaçının qalmasından sonra gerçəkləyib.
Qeyd edək ki, "Qəbələ" sentyabrın əvvəllərində Ukraynanın Odessa şəhərində təlim-məşq toplanışında olub. Hazırlıq çərçivəsində "Çernomorets"lə qarşılaşan baş məşqçi Roman Qriqorçukun komandası 2:0 hesabı ilə qalib gəlib.