
İyunun 29-da Qəbələ Olimpiya Kompleksində təşkil olunacaq kikboksinq üzrə reytinq xarakterli "Glory Ranked Fights" turniri ilə əlaqədar mətbuat konfransı keçirilib. Sportnet.az-ın məlumatına görə, yarışın baş meneceri Dennis Krauvell əvvəlcə "Qəbələ" klubu ilə münasibətlərinin tarixində danışıb.
O bildirib ki, ayyarım əvvəl klub rəsmiləri ilə görüşündə "Qəbələ"nin üzvü Pərviz Abdullayevə kömək etmələrinə dair razılığa gəlinib. Bundan sonra reytinq xarakterli döyüşlər keçirən "Glory" ilə əməkdaşlığa başlanılıb. Həmin əməkdaşlıq nəticəsində güclü idmançılar üzə çıxardıqlarını deyən Krauell onların beynəlxalq arenada kifayət qədər tanındıqlarını vurğulayıb: "Çalışdıq ki, "Qəbələ"də yetişən idmançıları da "Glory"yə cəlb edək. İlk növbədə, azərbaycanlı idmançıları yüksək səviyyəyə çatdırmağa çalışmalıyıq. Bir çox ölkədən müxtəlif döyüşçüləri bir araya gətirməyə çalışdıq. Bəziləri burada özlərini göstərərək, yüksək səviyyəyə çatdırmağa hazırdırlar".
Sabahkı döyüşə gəldikdə, baş menecer tamaşaçıları bir-birindən maraqlı döyüşlərin gözlədiyini bildirib. Onun sözlərinə görə, əvvəlcə yüngül çəkilərdə 5 döyüş olacaq:
Ardından superağır çəkidə 4 döyüş baş tutacaq:
Erkan Varol (Türkiyə) - Albert Kraus (Hollandiya)
Camal ben Saddiq (Mərakeş) - Hesdi Greqes (Misir)
Lim Çi Bin (Cənubi Koreya) - Mosab Amrani (Mərakeş)
Jiao Fukai (Çin) - Pərviz Abdullayev (Azərbaycan)
"Qəbələ"nin Media və Marketinq Departamentinin rəhbəri Səməd Nəsibov klub nəzdində təkcə futbol deyil, digər növlərin də fəaliyyət göstərdiyini söyləyib. O, yaxın vaxtlarda idman növlərinin sayının artırılacağını əlavə edib. Nəsibov bütün döyüş iştirakçılarına, o cümlədən, Pərviz Abdullayevə uğurlar arzulayıb.
















