1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Azərbaycan UEFA reytinqindəki yerini qorudu
Futbol üzrə Avropa Liqasının qrup mərhələsinin ilk oyunlarından sonra UEFA reytinq cədvəlini açıqlayıb. Sportnet.az-ın məlumatına görə, Azərbaycan siyahının 26-cı pilləsində qərarlaşıb.
"Qəbələ"nin Yunanıstan PAOK-u ilə heç-heçəsi (0:0) Azərbaycanın aktivinə 0.250 xal yazdırıb. "Qarabağ" isə Londonda "Tottenhem"ə (1:3) məğlub olduğundan reytinq siyahısına xal əlavə edə bilməyib.
Azərbaycanın aktivində hazırda 13.625 xal var. Bu nəticə ilə siyahıda ən yaxın olan ölkələri - Qazaxıstan, Serbiya, Bolqarıstan və Sloveniya 0.500 xal geridə qoyub. Norveç isə 16.250 xalla 25-ci pillədədir.
Siyahıya 86.142 xalla İspaniya başçılıq edir. İkinci və üçüncü yerlərdə isə Almaniya (67.606) və İngiltərə (65.284) qərarlaşıb.