
Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Sportnet.az-ın məlumatına görə, ölkə Prezidenti İlham Əliyevin sərəncamına əsasən Komitənin sədri Heydər Əliyev Fondunun prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva təyin olunub.
Üzvlər isə Hacıbala Abutalıbov, Azad Rəhimov, Elmar Məmmədyarov, Şahin Mustafayev, Samir Şərifov, Ramil Usubov, Eldar Mahmudov, Ziya Məmmədov, Oqtay Şirəliyev, Əbülfəs Qarayev, Əli Abbasov, Mikayıl Cabbarov, Əli Əsədov, Fatma Abdullazadə, Elçin Quliyev, Aydın Əliyev, Cahangir Əsgərov, Rövnəq Abdullayev, Balababa Rzayev, Çingiz Hüseynzadə, Xəzər İsayev, Ağacan Abiyev, Anar Ələkbərov, Fərhad Hacıyev və Könül Nurullayevadır.
Gənclər və İdman Nazirliyinə Bakı Şəhər İcra Hakimiyyəti və Milli Olimpiya Komitəsi ilə birlikdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə dair xüsusi tədbirlər planını hazırlayıb Təşkilat Komitəsinə təqdim etməsi, Təşkilat Komitəsinə IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etməsi, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etməsi tapşırılıb.