1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rusiyalı olimpiya çempionu üçün Naftalanda müalicə
Rusiyanın hündürlüyə tullanma üzrə olimpiya çempionu Anna Çiçerovaya Azərbaycanın Naftalan kurortunda müalicə olunmaq tövsiyə edilib. Sportnet.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Sport-Express" nəşrinə müsahibəsində atletin özü məlumat verib.
Çinin paytaxtı Pekindəki dünya çempionatında zədəli vəziyyətdə çıxış etdiyini bildirən Çiçerova bərpa olunmaq planları haqqında bunları deyib: "Əvvəlcə mən, çox güman ki, suyu olduqca faydalı olan Ölü dənizə yollanacağam. Bir də mənə Azərbaycanın Naftalan mənbələrinə getməyi tövsiyə ediblər. Bərpa dövrü böyük ehtimal ki, noyabrın ilk həftəsinədək davam edəcək. Sadə dillə desək, mənim istirahətim güman edildiyindən tez başladı".
Qeyd edək ki, Anna Çiçerova 2011-ci il dünya çempionatında və 2012-ci il London Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.