
Futzal üzrə Azərbaycan milli komandası Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Sportnet.az-ın məlumatına görə, "play-off" mərhələsinin cavab oyunları çərçivəsində futzalçılarımız Trnava şəhərində Slovakiya millisi ilə qarşılaşıb.
Görüş 1:1 hesabıl ilə başa çatıb. Sentyabrın 15-də bu komandalar arasında Bakıda keçirilmiş ilk oyun 3:1 hesabı ilə millimizin xeyrinə başa çatdığı üçün cavab görüşündəki heç-heçə komandamızın növbəti mərhələyə vəsiqəsini rəsmiləşdirib.
Qeyd edək ki, Avropa çempionatı 2016-cı il fevralın 2-dən 13-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək.
Avropa çempionatı
"Pley-off" mərhələsi, cavab görüşü
22:00. Slovakiya - Azərbaycan - 1:1
Qollar: Duşan Rafay, 25 - Vitali Borisov, 8
İlk oyun - 1:3