1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Reynaldo "Anderlext"ə layiq olduğunu göstərməyə çalışacaq"
Belçikanın "Anderlext" klubunun futbolçusu Olivye Deşaxt "Neftçi" ilə 2005-2006-cı il mövsümündə Çempionlar Liqasının II təsnifat mərhələsində keçirdikləri oyunları xatırladıb. Sportnet.az-ın məlumatına görə, "Qarabağ"la Avropa Liqasının II tur oyununda iştirak üçün yenə eyni komandanın heyətində Bakıya gələn 34 yaşlı müdafiəçi 10 il öncə Brüsseldəki qarşılaşmada 5:0 hesablı qələbə qazandıqlarını yada salıb.
O bildirib ki, həmin məğlubiyyətdən sonra cavab matçı üçün Azərbaycan paytaxtında turist kimi olublar: "Bakıda 0:1 hesabı ilə uduzduq. Çətin oyun idi. Əslində Bakıya turist kimi gəlmişdik. Meydana daxil olduqda daha çox əsgər gördük, nəinki tamaşaçı. Yadda qalan məqam bundan ibarət idi".
Reynaldonu çox yaxşı keyfiyyətlərə malik futbolçu kimi dəyərləndirən Deşaxt braziliyalı hücumçunun Azərbaycanda çox yaxşı komanda tapdığını bildirib: "Hesab edirəm ki, o, bizimlə qarşılaşmaya çox yaxşı motivasiya olunacaq, fərqlənməyə və "Anderlext"də oynamağa layiq olduğunu isbatlamağa çalışacaq. Mənim işim isə onu dayandırmaqdır və bunun üçün əlimdən gələni edəcəyəm".
İndi isə o, uzaq yol gəldikləri üçün komandada yorğunluğun hiss olunduğunu, amma oyunadək güclərini bərpa etməyə çalışacaqlarını əlavə edib.
Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Anderlext" matçı saat 22:00-da başlanacaq.