Serbiyanın paytaxtı Belqradda futzal üzrə 2016-сı il Avropa çempionatının püşkatma mərasimi keçirilib. Sportnet.az-ın məlumatına görə, Azərbaycan milli komandası D qrupuna düşüb.
Tino Peresin baş məşqçi olduğu yığmaya İtaliya və Çexiya rəqib olub. Qrupların tərkibi:
A qrupu: Serbiya, Portuqaliya, Sloveniya,
B qrupu: İspaniya, Ukrayna, Macarıstan
C qrupu: Rusiya, Xorvatiya, Qazaxıstan
D qrupu: İtaliya, Çexiya, Azərbaycan
Püşkü futbol üzrə Serbiya milli komandasının sabiq kapitanı Deyan Stankoviç çəkib. Fevralın 2-də Serbia - Sloveniya və İspaniya - Macarıstan oyunu keçiriləcək. Bir gün sonra isə Rusiya millisi Qazaxıstana, Azərbaycan isə İtaliyaya qarşı mübarizə aparacaq. Fevralın 4-də Sloveniya və Portuqaliya komandalarının görüşü baş tutacaq. Eyni gündə Macarıstan - Ukrayna qarşılaşması olacaq. Fevralın 5-də Qazaxıstan - Xorvatiya, Azərbaycan - Çexiya, ayın 6-da Portualiya - Serbiya və Ukrayna - İspaniya görüşləri olacaq. Qrup mərhələsinin son günündə - fevralın 7-də Xorvatiya Rusiyaya, Çexiya isə İtaliyaya qarşı mübarizə aparacaq.
1/4 final görüşləri 8-9 fevralda keçiriləcək. Bu turda A qrupunun birincisi ilə B qrupunun ikincisi və A qrupunun ikincisi ilə B qrupunun birincisi üz-üzə gələcək. C və D qruplarından 4/1 finala vəsiqə qazanan komandalar da bu sistemlə 1/2 final uğrunda mübarizə aparacaqlar. Yarımfinal görüşləri fevralın 11-də, final və üçüncülük oyunları isə ayın 13-də keçiriləcək.
Qeyd edək ki, Oyunlar gələn il fevralın 2-dən 13-dək davam edəcək. Qruplarda ilk 2 yeri tutanlar 1/4 finala yüksələcəklər.