1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Qəbələ"nin futbolçusunu yetişdirən klub dağılır
Zaporojye "Metallurq"u Ukrayna çempionatından çəkilməyi qərara alıb. Sportnet.az-ın məıumatına görə, Ukrayna Premyer Liqasının baş direktoru Pyotr İvanov artıq klubdan müvafiq məktub aldıqlarını bildirib.
O, Zaporojye təmsilçisinin maddi problemlərini səbəb göstərib. İvanov "Metallurq" rəhbərliyinə məktub ünvanlayaraq, klubdan Ukrayna Premyer Liqasının X turuna çıxmağı və qərarlarına yenidən baxmağı xahiş edib, sonra isə bu məsələdə maraqlı olan bütün tərəflərin iştirakı ilə müzakirə aparacaqlarını bildirib. Öz növbəsində klub prezidenti Andrey Şevçuk "Olimpik"lə oyuna çıxmalarına razılıq verib.
Daha öncə futbol sahəsi üzrə hüquq mühafizəçisi Oleq Peçyornı Ukraynada bir sıra klubun öz oyunçularına əmək haqqı ödənişləri ilə bağlı problemlərinin olduğunu bildirib. Peçyornının sözlərinə görə, futbolçular bununla əlaqədar tətil edə bilərlər.
Qeyd edək ki, hazırda "Qəbələ"də çıxış edən Vitali Vernudib əslən Zaporojyedəndir. 27 yaşlı müdafiəçinin yetişdiyi klub məhz 2012-ci ilədək formasını geyindiyi Zaporojye "Metallurq"u olub.