1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Elvin Məmmədov: "Penalti olsaydı, kənara vurmazdım"
"Baş məşqçimiz tapşırıq verdi, mən də penaltini kənara vurdum". Bunu Sportnet.az-a açıqlamasında "Qarabağ"ın futbolçusu Elvin Məmmədov "İnter"lə oyunun sonlarında təyin olunan şübhəli penalti epizodundan sonrakı davranışını şərh edərkən deyib.
O bildirib ki, baş hakim Elvin Məmmədovun penalti kimi dəyərləndirdiyi epizoda yaxın olub. Məmmədovun fikrincə, həmin anda qayda pozuntusu olmayıb: "Dünyanın hər bir ölkəsində "fair-play" var. Biz də buna əməl etməyi bacardıq. Təbii ki, penalti olsaydı, belə etməzdim. Sadəcə, o epizodda Qurban müəllim göstəriş verdi, mən də qırağa vurdum.
Məmmədov bildirib ki, hər bir insan səhv edə bilər: "İnsandır, görməyə, səhv edə bilər. Əsas məsələ odur ki, dərs çıxarasan. Başqa klublarda çıxış etdiyim vaxtlarda da bizim lehimizə və əleyhimizə qərarlar verilib".