
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII turun növbəti oyunları keçiriləcək. Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Neftçi" - "Qəbələ"ni, ardından "Qarabağ" "Zirə"ni sınağa çəkəcək.
İlk oyun "Bakcell Arena"nın Avropa Liqası matçına hazırlanması üzündən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutacaq. Bu mövsüm qeyri-sabit çıxışı ilə seçilən flaqman ən yaxşı formada olan "qırmızı-qaralar"a qarşı mübarizə aparacaq. Hazırda "Neftçi" 9 xalla 6-cı, "Qəbələ" isə 16 xalla 2-ci pillədə qərarlaşıb. Yalnız qəbələ təqdirində meydan sahibləri ötən gün "Kəpəz"ə təhvil verdikləri 5-ci pilləyə qayıda bilərlər. "Qəbələ" üçün isə lider "Qarabağ"ı keçmə fürsəti yaranıb. Bunun üçün baş məşqçi Roman Qriqorçukun komandası qalib gəlməli, Ağdam komandası isə debütant "Zirə" ilə oyunda xal itirməlidir. Günün ikinci matçında heç-heçə qeydə alınmasa, Premyer Liqada yalnız bir məğlubedilməz komanda qalacaq.
Maraqlısı budur ki, "Neftçi" ilə "Qəbələ" arasında son 6 qarşılaşmada meydan sahibi olan komanda qalib gəlməyib. Son 11 oyundan 9-da hər iki komanda qol vurub. "Qarabağ"la "Zirə" isə indiyədək üz-üzə gəlməyib.
Qeyd edək ki, "Neftçi"nin futbolçuları bu oyuna yeni titul sponsoru "ASAN Xidmət"in adı yazılan forma ilə çıxacaq.
Azərbaycan Premyer Liqası, VIII tur
17 oktyabr
15:30. "Neftçi” – "Qəbələ” - 0:1
Qol: Aleksey Antonov, 90
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Gülağa Cabarov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu, 15:30
18:00. "Qarabağ” – "Zirə” - 4:1
Qol: Samuel Armenteros, 4; 15. Riçard Almeyda, 25; 83-penalti ilə - İqor İvanoviç, 34
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Nahid Əliyev, Ramil Əhmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Vüsal Əliyev
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu