
Bu gün futbol üzrə Çempionlar Liqasının III turuna yekun vurulacaq. "Report"un məlumatına görə, ikinci oyun günündə 8 qarşılaşma keçiriləcək.
A qrupunda Fransanın PSJ klubu İspaniya "Real Madrid"ini qəbul edəcək. Hərəyə 6 xalı olan komandalar heç-heçə etdiyi halda da siyahıda heç bir dəyişiklik olmayacaq. Madrid təmsilçisi hazırda ilk pillədədirsə, Paris klubu qrup ikincisidir. Qrupun digər oyununda İsveç "Malmö"sü ilə Ukrayna "Şaxtyor"u qarşılaşacaq.
B qrupunda Rusiyanın MOİK klubu doğma azarkeşlər önündə İngiltərə "Mançester Yunayted"i ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrupda 4 komandanın da aktivində 3 xal olduğundan qalib komanda ilk iki pillədə qərarlaşacaq. Almaniya "Volfsburq"u isə PSV (Hollandiya) ilə qarşılaşacaq.
C qrupunda Azərbaycanda da kifayət qədər azarkeşi olan Türkiyənin "Qalatasaray" klubu Portuqaliya "Benfika"sını sınağa çəkəcək. Hazırda 1 xalla qrup 3-cüsü olan İstanbul təmsilçisi vəziyyətini yaxşılaşdırmaq üçün mütləq qələbə qazanmalıdır. Əks təqdirdə Hamza Hamzaoğlunun komandası daha da pisləşəcək. Qrupun digər oyununda isə "Altetiko" (Madrid, İspaniya) və "Astana" (Qazaxıstan) komandaları qaşrılaşacaq.
D qrupunda isə İtaliya "Yuventus"u ilə Almaniyanın "Borussiya" (Münxenqladbax) klubları qarşılaşacaq. "Mançester Siti" (İngiltərə) və "Sevilya" (İspaniya) qarşılaşmasında isə qrup ikinci müəyyənləşəcək.
Çempionlar Liqası, III tur
21 oktyabr
A qrupu
23:45. PSJ (Fransa) - "Real Madrid" (İspaniya) - 0:0
Baş hakim: Nikola Ritsoli (İtaliya)
Paris. "Park de Prens"
23:45. "Malmö" (İsveç) - "Şaxtyor" (Ukrayna) - 1:0
Qol: Markus Rozenberq, 17
Baş hakim: Tasos Sidiropulos
Malmö. "Malmö Nyu Stadium"
Xal durumu: "Real Madrid" - 7. PSJ - 7, "Malmö" - 3, "Şaxtyor" - 0.
B qrupu
23:45. MOİK (Rusiya) - "Mançester Yunayted" (İngiltərə) - 1:1
Qol: Seydu Dumbia, 15 - Antoni Martial, 65
Baş hakim: Karlos Velasko Karbalo (İspaniya)
Ximki. "Ximki Arena"
23:45. "Volfsburq" (Almaniya) - PSV (Hollandiya) - 2:0
Qollar: Bas Dost, 46. Maks Kruze, 57
Baş hakim: Alberto Undiano Mayonko (İspaniya)
Volfsburq. "Volksvagen Arena"
Xal durumu: "Volfsburq" - 6, "Mançester Yunayted" - 4, MOİK - 4, PSV - 3.
C qrupu
23:45. "Atletiko" (İspaniya) - "Astana" (Qazaxıstan) - 4:0
Qollar: Saul Niques, 23. Cekson Martines, 29. Oliver Torres, 63. Denis Dedeçko, 89-penalti ilə
Baş hakim: Aleksey Kulbakov (Belarus)
Madrid. "Visente Kalderon"
23:45. "Qalatasaray" (Türkiyə) - "Benfika" (Portuqaliya) - 2:1
Qollar: Selçuk İnan, 19-penalti ilə. Lukaş Podolski, 33 - Nikolas Qaytan, 2
Baş hakim: Uilyam Kollam (Şotlandiya)
İstanbul. "Ali Sami Yen" stadionu
Xal durumu: "Atletiko" - 6, "Benfika" - 6, "Qalatasaray" - 4, "Astana" - 1.
D qrupu
23:45. "Yuventus" (İtaliya) - "Borussiya" (Münxenqladbax, Almaniya) - 0:0
Baş hakim: Kreyt Tomson (Şotlandiya)
Turin. "Yuventus" Stadionu
23:45. "Mançester Siti" (İngiltərə) - "Sevilya" (İspaniya) - 2:1
Qollar: Adil Rami, 36-öz qapısına. Kevin de Bruyne, 90+1 - Yevgeni Konoplyanka, 30
Baş hakim: Bas Neyxeys (Hollandiya)
Mançester. "Etihad" stadionu
Xal durumu: Yuventus - 7, "Mançester Siti" - 6, "Sevilya" - 3, "Borussiya" - 1.