"Qəbələ" azarkeşləri Avropa Liqasının qrup mərhələsinin III tur matçında Almaniyanın "Borussiya" (Dortmund) komandasının qapıçısı Roman Veydenfellerin gözünə lazerlə işıq salıblar. Sportnet.az-ın məluumatına görə, 35 yaşlı qolkiper bu səbəbədən yan xətt hakiminə narazılığını bildirib.
Laynsman isə dördüncü hakimi məlumatlandırıb. Bunun nəticəsində stadionda xəbərdarlıq anonsu səsləndirilib.
Qeyd edək ki, oyun "Borussiya"nın qələbəsi ilə yekunlaşıb - 3:1.